Plastik pəncərə altlığını ağardan vasitə

21 Dekabr 2025 08:43

Xüsusilə isti mövsümdə pəncərə altlıqlarında toz və kir daha tez yığılır. Bu da plastik səthlərin zamanla bozarmasına səbəb olur. Lakin sadə və ev şəraitində hazırlanan bir vasitə ilə bu problemi asanlıqla aradan qaldırmaq mümkündür.

Milli.Az xəbər verir ki, bu üsul üçün cəmi üç sadə məhsul kifayətdir.

Əvvəlcə paltar sabununu xırda sürtgəcdən keçirin. Təxminən 2 xörək qaşığı sabun kifayətdir. Üzərinə 2 xörək qaşığı qaynar su əlavə edin və yaxşıca qarışdırın. Qarışığı bir neçə dəqiqə su hamamında saxlayın. Daha sonra üzərinə 2 xörək qaşığı diş məcunu əlavə edib yenidən qarışdırın.

Metodun müəllifi bildirir ki, paltar sabununun özünəməxsus qoxusu olsa da, o, müxtəlif ləkələri asanlıqla təmizləyir və çirki effektiv şəkildə aradan qaldırır.

Bu üsul plastik pəncərə altlıqlarının əvvəlki ağ və təmiz görünüşünü geri qaytarmağa kömək edir.

Lalə Qüdrətova
Milli.Az