Rəşid Mahmudov Elzaya "dəli" dedi, müğənni isə...

20 Dekabr 2025 20:41

Tibb elmləri namizədi Rəşid Mahmudov Əməkdar artist Elza Seyidcahanla bağlı qalmaqallı açıqlama verib. Həkim verilişlərin birində bəstəkar-müğənnini dəli adlandırıb:

"Elza Seyidcahanda dəlilik əlamətləri, özünü böyütmək ideyaları var. Kimdə özünü böyütmək ideyası varsa, bu şizofreniyanın manyakal formasıdır".

Milli.Az xəbər verir ki, əməkdar artist Elza Seyidcahan isə Qaynarinfo-ya açıqlamasında həmişə hədəf olduğunu bildirib:

"Adamlar qaranlıqda işıq axtarır. Mən də yəqin onlar üçün hədəfəm. İşıq olaraq məni görürlər".

Rəşid Mahmudovun "Elza Seyidcahanda dəlilik əlamətləri, bu şizofreniyanın manyakal formasıdır" fikrincə gəlincə, sənətçinin cavabı berlə olub: "Dəli olum, amma qaranlıqdan baxanlara işıq olum. Axı Elza Seyidcahan öncədən hər şeyi zərgər dəqiqliyində şeirlərinin vasitəsi ilə deyib. Onlara büsbütün "Tikim", "Sapım" şeirlərində cavab var. Çox diqqətlə, yaxş-yaxşı oxusunlar. Onlar özləri özlərini təhqir edirlər. Məni isə... "Aşılanıram", yəqin Allah məni daha yüksək, şərəfli rəflərə hazırlayır. "Tikin məni qūbbələrdə".

Milli.Az