Hüseyn Dəryanın ölümündə həkimləri günahlandırdı

20 Dekabr 2025 21:39

Reper Dado Əliyev mərhum həmkarı Hüseyn Dərya ilə bağlı gözlənilməz açıqlama verib. 

Milli.Az xəbər verir ki, "Astar" yutub layihəsində qonaq olan ifaçı Hüseynin qəzadan sonra həkim səhvindən vəfat etdiyini deyib:

"Dedilər ki, Hüseyn qəza keçirdib, narahat olma, yaxşıdır. Eks-həyat yoldaşı Sona ilə danışdım. Hüseynin qəzalarından yorulmuşdum. Düşündüm ki, növbəti hadisədir. Axşam yatdım, səhər durdum ki, telefonuma 100-dən çox zəng gəlib. Dedilər, Hüseyn öldü. Deyirəm, necə ola bilər? Həkimlər onun daxilini rentgen etməyiblər, daxili qanaxma olub. Qabırğa qırılıb və ciyərlərini deşib. Görün nədən ölüb? Bunun qarşısını almağa nə var idi. Hüseyn qəzadan sonra ayaqüstə idi. Deyib, yaxşıyam. Müayinədən keçirtməyiblər ki, hə yaxşıdır. Maşın kamazın altına girib ey... Sən necə özünə həkim deyirsən? Heyifslənirəm ki, o cür insanı necə asan bir şeydən itirdik.

Gecələr Dəryanın qəbrini ziyarət edirəm. Quran ayələri oxuyuram. Bəzən kimsə deyir ki, onun məzarını görmək istəyirəm, onu aparıram".

Qeyd edək ki, Hüseyn 2014-cü ildə avtomobil qəzasında dünyasını dəyişib.

Milli.Az