"PSJ" keçmiş hücumçusu Kilian Mbappeni 27 yaşı münasibətilə təbrik edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təbrik mətni PSJ-nin mətbuat xidmətinin "X" sosial şəbəkə hesabında yerləşdirilib.
"Kilian Mbappe 27 yaşını qeyd edir! Ad günün mübarək, Kilian!", - paylaşımda deyilir.
Qeyd edək ki, dekabrın 16-da Paris Əmək Məhkəməsi ödənilməmiş əməkhaqqı və bonuslarla bağlı iddia üzrə PSJ-ni Mbappeyə 61 milyon avro ödəməyə məcbur etdi. Bundan əvvəl hücumçunun keçmiş klubundan 253 milyon avro, PSJ-nin isə ondan 440 milyon avro tələb etdiyi bildirilirdi.
Xatırladaq ki, Mbappe 2017-2024-cü illərdə PSJ-də çıxış edib. Bu müddət ərzində, o, 308 matçda 256 qol vuraraq klub tarixində bütün zamanların ən yaxşı bombardiri olub.
Milli.Az