Pezeşkianın subaylığı ilə bağlı bu sözlər gündəm oldu

20 Dekabr 2025 15:56

Cənubi Xorasan əyalətində şəfərdə olan İran Prezidenti Məsud Pezeşkianın ziyalılarla keçirdiyi görüşdə Bircənd şəhərindən olan şair Mürtəza Hüseyni İsfad prezidentin subaylığı və tənhalığı mövzusunda şeir söyləyib.

Milli.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanal görüntülər yayıb.

Bu şeirdə o, yumor tərzində deyib:

"Sənin subaylığın və tənhalığın məni öldürəcək. Sənin üçün qolumu çırmalayacağam, Pezeşkian".

Milli.Az