Çinli kuryer beş ilə 160 min dollar topladı

20 Dekabr 2025 20:10

Çində kuryer beş il ərzində 1.12 milyon yuan (təxminən 160 000 dollar - red.) pul toplaması ilə gündəmə gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 25 yaşlı Çjan Syuetsyanq 2020-ci ildə Şanxaya kuryer işləmək üçün gəlib.

"Həftənin yeddi günü, gündə 13 saat işləyirəm. Yatmaq və yeməkdən başqa, qalan vaxtımı müştərilərə yemək çatdırıram", - deyə Çjan bildirib.

Onun iş günü səhər saat 10:40-da başlayır və gecə saat 1-də bitir. O, gündə 8.5 saat yatır. Çinli hər il yalnız Bahar Festivalı zamanı cəmi bir neçə gün məzuniyyətə çıxır.

Çjan ayda hər biri orta hesabla təxminən 25 dəqiqə çəkən 300-dən çox sifariş çatdırır. Ümumilikdə, o, indiyədək kuryer kimi 320 000 km yol qət edib.

Milli.Az