Braziliya klubu “Qarabağ”dan "əl çəkmir" - 2-ci təklif gəldi

20 Dekabr 2025 14:00

Braziliyanın "Botafoqo" klubu "Qarabağ"ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyonu transfer etmək üçün ikinci rəsmi təklifini göndərib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə "Globo" nəşri məlumat yayıb.

Təklifin forması əvvəlki kimi satınalma bəndi ilə icarəyə götürməkdir. Rio-de-Janeyro klubu bu dəfə Azərbaycan təmsilçisinə ödəniləcək icarə haqqının məbləğini artırıb.

"Botafoqo" Pedro Bikalyo ilə hələlik maaş məsələsini müzakirə etməyib, lakin futbolçu ölkəsinə mümkün qayıdışı müsbət qarşılayır.

Milli.Az