Pakistanın keçmiş Baş naziri İmran Xan və onun həyat yoldaşı Büşra Bibi barəsində hər biri üçün 17 il həbs qərarı çıxarılıb.
Milli.Az xəbər verir ki, məhkəmə cütlüyü qanunsuz şəkildə bahalı hədiyyələr əldə etməkdə və korrupsiya əməllərində təqsirli bilib. Onların hər birinə 16,4 milyon Pakistan kronu məbləğində cərimə də tətbiq olunub.
Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub və 2023-cü ildə korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib.
Milli.Az