İran əsilli Namdar Rubionun köməkçisi oldu - FOTO

20 Dekabr 2025 14:17

İran mənşəli Mora Namdar ABŞ Dövlət Departamentində yeni vəzifəyə təyin olunub.

Milli.Az-ın məlumatına görə, bu barədə xarici KİV-lər xəbər yayıb. Bildirilir ki, Mora Namdar ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi postunu tutacaq.

Qeyd edək ki, o, bu il dekabrın 1-dək Dövlət Departamentinin Yaxın Şərq üzrə bürosunda çalışıb. Mora Namdar eyni zamanda milli təhlükəsizlik və beynəlxalq insan haqları sahəsində ixtisaslaşmış ekspert kimi tanınır.

Hüseyn
Milli.Az