İngiltərənin "Arsenal" klubu hücumçusu Bukayo Saka ilə yeni müqavilə bağlamağa çox yaxındır.
Milli.Az-ın xarici mətbuata istinadən yaydığı məlumata görə, tərəflər arasında aparılan danışıqlar müsbət məcrada davam edir. Razılaşma əldə olunacağı təqdirdə, 24 yaşlı futbolçu London təmsilçisinin tarixində ən yüksək maaş alan oyunçuya çevriləcək.
Məlumata əsasən, "topçular" İngiltərə millisinin üzvü ilə 2031-ci ilə qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalamağı planlaşdırır. Yeni anlaşmaya görə, Bukayo Sakanın həftəlik qazancı 300 min funt sterlinq təşkil edəcək ki, bu da klub tarixində rekord göstəricidir.
Hazırda müqavilənin bəzi detalları üzərində razılaşmalar davam etsə də, prosesin problemsiz şəkildə yekunlaşacağı gözlənilir.
Hüseyn
Milli.Az