Hicama ənənəvi tibbdə uzun müddətdir istifadə edilən bir üsuldur, lakin onun faydaları və riskləri var.
Milli.Az xəbər verir ki, hicama bəzi insanlarda əzələ gərginliyini azalda, qan dövranını stimullaşdıra və boyun, kürək və bel ağrılarına müvəqqəti rahatlama gətirə bilər. Bundan əlavə, prosedur psixoloji rahatlama təmin edərək stressi yüngülləşdirə bilər.
Lakin hicama ciddi xəstəliklərin müalicəsi üçün effektiv sayılmır. Dəri infeksiyaları, qanaxma və dəridə qara nöqtələr kimi əks təsirlər mümkündür. Xüsusilə qan laxtalanma problemi olanlar, hamilə qadınlar və immuniteti zəif şəxslər üçün hicama risklidir.
Hicama yalnız yüngül rahatlama məqsədilə tətbiq edilməli və ciddi tibbi problemlərdə əsas müalicə üsulu kimi istifadə olunmamalıdır.
İsmayıl
Milli.Az