Yeni yolun istifadəyə veriləcəyi tarix açıqlandı - VİDEO

20 Dekabr 2025 00:48

Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolunda işlər davam edir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, dövlət proqramına əsasən inşa edilən yeni avtomobil yolunda tunellər və yeraltı piyada keçidlərinin tikintisi aparılır. Ümumilikdə yolda işlərin 35 faizi yekunlaşıb.

Bütün inşaat meydançalarında mobilizasiya və demobilizasiya işləri başa çatdırılıb.

Hazırda layihə çərçivəsində "Ulduz" metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Ümumilikdə yolun gələn ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

Daha ətraflı videomaterialı təqdim edirik.  

Milli.Az