Rəngi ilə cəlb edir: Çuğundur mürəbbəsi resepti

20 Dekabr 2025 07:07

Qırmızı çuğundur mürəbbəsi həm ənənəvidir, həm də az tanınır. 

Mürəbbəninin hazırlanması zamanı çuğundur şəkərlə birlikdə bişdikcə rəng dəyişir və yaranın şirin aroma, klassik meyvə rmürəbbələrindən fərqlənir. Bu resept təbii, qatqısız dadları sevənlər üçün idealdır.

Ərzaqlar

1 ədəd böyük qırmızı çuğundur

1,5 stəkan şəkər tozu 

2-3 ədəd limon duzu

Hazırlanma qaydası

Böyük çuğunduru kub şəklində doğrayın. Üzərinə şəkər əlavə edib 3 saat gözlədin.

Daha sonra aşağı odda bişirməyə başlayın.

Bişmənin son 5 dəqiqəsində limon duzunu əlavə edib sterilizə edilmiş bankalara paylayın. 

Servis tövsiyələri

Çuğundurları bişirərkən aşağı odda və səbrlə bişirin, yüksək odda rəng itə bilər.

Mürəbbəni süzmə, labne və ya qaymaq ilə təqdim etmək olar.

Mürəbbə sərin və qaranlıq yerdə 6-12 ay saxlanıla bilər.

Mürəbbə qaymaq, krem pendir, qatıq, labne, portağal qabığı və ya vanil aroması ilə əla uyğunlaşır.

Lalə Qüdrətova
Milli.Az