Fındıq lahmacun resepti: Kiçik ölçüdə böyük ləzzət

20 Dekabr 2025 08:43

Türkiyə mətbəxinin sevilən dadlarından biri olan fındıq lahmacun nazik xəmiri və bol ədviyyəli içliyi ilə seçilir. Kiçik ölçülü porsiyalarla təqdim edilən bu yemək həm süfrələr üçün rahat servis olunur, həm də klassik lahmacuna yüngül alternativ yaradır. 

Milli.Az xəbər verir ki, hazırlanması praktik, təqdimatı isə olduqca rahat olan fındıq lahmacun iştaha açan qoxusu və balanslı dadı ilə süfrələrin sevimlisinə çevrilir.

Fındıq lahmacun üçün ərzaqlar:

Xəmiri üçün

3 stəkan un

1 çay qaşığı duz

1 stəkan ilıq su

İçlik üçün

300 q orta yağlı dana qiyməsi

1 orta ölçülü soğan

1 ədəd pomidor

1 ədəd yaşıl bibər

2 xörək qaşığı pomidor pastası

1 xörək qaşığı bibər pastası

Yarım dəstə cəfəri

2 xörək qaşığı zeytun yağı

1 çay qaşığı duz

1 çay qaşığı qara istiot

1 çay qaşığı qırmızı istiot 

1 çay qaşığı isot və ya qırmızı toz bibər

1 çay qaşığı zirə

Yarım çay stəkanı su

Hazırlanma qaydası

Un və duzu qarışdırın. İlıq suyu tədricən əlavə edərək yumşaq, ələ yapışmayan xəmir yoğurun. Üzərini örtüb 15-20 dəqiqə dincə qoyun.

Soğanı, pomidoru və yaşıl bibəri xırda-xırda doğrayın və ya rondodan keçirin. Cəfərini incə doğrayın. Bütün içlik ərzaqlarını geniş qabda yaxşıca qarışdırın. Qarışım sürtülə bilən konsistensiyada olmalıdır.

Xəmirdən qozdan bir az kiçik kündələr götürün və unlanmış səthdə çay nəlbəkisi ölçüsündə nazik dairələr açın. Hazırladığınız içliyi xəmirlərin üzərinə nazik qat şəklində yayın.

Əvvəlcədən 240-250°C-yə qədər qızdırılmış sobada kənarları yüngül qızarana qədər, təxminən 8-12 dəqiqə bişirin. İsti halda süfrəyə verin.

Servis tövsiyəsi

Fındıq lahmacunu bol göyərti (cəfəri, roka, kahı) və təzə limon dilimləri ilə təqdim etmək tövsiyə olunur. Yanında ayran, şalgam suyu və ya ev üsulu cacıq çox yaraşır. Lahmacunları üst-üstə yığmadan, tək qatla servis etmək məsləhətdir.

Faydalı məsləhətlər

İçliyi xəmirin üzərinə qalın sürtməyin, əks halda xəmir yumşaq qala bilər.

Xəmiri nə qədər nazik açsanız, fındıq lahmacun bir o qədər xırt-xırt olar.

Sobanı mütləq əvvəlcədən yüksək temperaturda qızdırın.

İçlik quru olarsa, az miqdarda su əlavə edib qarışdırın.

Lalə Qüdrətova
Milli.Az