Qaynanmış yumurtanı tezbazar soymağın ən asan üsulu

19 Dekabr 2025 23:51

Qaynanmış yumurtanı soymaq bir çox insan üçün səhər süfrəsində kiçik bir problemə çevrilir. Qabıq ya yumurtanın ağ hissəsinə yapışır, ya da yumurta dağılır. Lakin artıq bu problemin çox sadə və sürətli həlli var.

Milli.Az xəbər verir ki, bu metod üçün əlavə avadanlığa ehtiyac yoxdur. Evdə olan adi bir plastik qab və bir az su kifayətdir. Qaynanmış yumurta plastik qabın içinə qoyulur, üzərinə az miqdarda su əlavə edilir və qabın qapağı bağlanır. Daha sonra qab bir neçə saniyə güclü şəkildə silkələnir.

Nəticədə yumurtanın qabığı ağ hissədən asanlıqla ayrılır və yumurta demək olar ki, öz-özünə soyulur.

Mütəxəssislər bildirir ki, soyuq sudan istifadə etmək və yumurtanı silkələməzdən əvvəl qabığını azca çatlatmaq prosesi daha da asanlaşdırır. Bundan əlavə, nisbətən təzə yumurtalar bu üsulla daha rahat soyulur.

Bu praktik üsul xüsusilə tələsik səhərlər və ya bir neçə yumurta hazırlanan zaman həm vaxta qənaət edir, həm də əsəbləri qoruyur.

Lalə Qüdrətova
Milli.Az