Oğuzda ağır qəza - Ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

20 Dekabr 2025 22:31

Oğuzda baş verən ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 19 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəsarət alanlar:

1960-cı il təvəllüdlü Natalya Tahirova;

1961-ci il təvəllüdlü Cəmilə Əhmədova;

2007-ci il təvəllüdlü Qurban Mirzəyev;

1972-ci il təvəllüdlü Azad Puçaxov;

1960-cı il təvəllüdlü Xədicəmaral Xəlilova;

1958-ci il təvəllüdlü Cənnətey Qumbarova.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az