Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Yeni il səyahəti” adlı konsert proqramı ilə çıxış edəcək

19 Dekabr 2025 21:32

26 dekabr 2025-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Dövlət Uşaq Filarmoniyası "Yeni il səyahəti" adlı konsert proqramı ilə çıxış edəcək.

Proqramda ADUF-un müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri, xor qrupları, vokal dərnəyi, nəfəsli və xalq çalğı alətləri ansamblı və solistləri, rəsm dərnəyi, musiqili uşaq teatrı, eləcə də gimnastlardan ibarət qrup bir-birindən maraqlı və rəngarəng bayram nömrələri təqdim edəcək.

Gəlin, bu Yeni il səyahətinə Uşaq Filarmoniyası ilə birgə çıxaq!

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az