Paşinyan: "Sülh artıq reallığa çevrilib"

19 Dekabr 2025 20:27

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan ölkəsinə neft məhsulları daşıyan qatarın gəlişini əks etdirən kadrları paylaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, görüntülər Paşinyanın sosial media səhifəsində yer alıb.

"Sülh artıq reallığa çevrilib", - deyə o, videoya şərh yazıb.

Xatırladaq ki, təxminən 1 300 ton Azərbaycan istehsalı "Aİ-95" benzini daşıyan 22 sistern vaqondan ibarət qatar Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü kommersiya əsasında həyata keçirilib.

Milli.Az