Zədəli futbolçuların aqibəti bəlli oldu

19 Dekabr 2025 18:29

"Qarabağ"ın zədəli olan futbolçuları Şahruddin Məhəmmədəliyev, Joni Montiel və Kadi Borgesin durumlarına aydınlıq gəlib.

Milli.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. 

Bildirilib ki, qapıçı Şahruddin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub. Həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4-6 ay təşkil edəcək.

Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7-10 gün ərzində gözlənilir.

Komandanın digər üzvü Kadir Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

Milli.Az