İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - VİDEO

19 Dekabr 2025 17:12

10 gündür itkin düşən balıqçı Ağadədə Həsənovun meyitinin ailəsinə təhvil verilmə anının görüntüləri yayılıb.

Milli.Az xəbər verir ki, görüntülər İTV-nin instaqram hesabında paylaşılıb.

Belə ki, 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb.

Qeyd edək ki, dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən digər balıqçı 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.

İtkin düşən balıqçılar qohum idi.

Milli.Az