ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində əsasən iqtisadi nailiyyətlərindən danışıb.
Milli.Az xəbər verir ki, o, çıxışına keçmiş prezident Co Baydenin administrasiyasını tənqid etməklə başlayaraq ölkəni xaos vəziyyətində təhvil aldığını bildirib.
Tramp Bayden dövründə iqtisadi tənəzzül, artan cinayətkarlıq, miqrasiya və səhiyyə problemlərinin yaşandığını, hakimiyyətə qayıdışından sonra isə göstəricilərin yaxşılaşdığını vurğulayıb. Prezident narkotik axınının azaldığını, həmçinin Yaxın Şərqdə, o cümlədən Qəzzada münaqişənin sona çatmasında rolunu önə çəkib.
Siyasi analitiklər Trampın bu çıxışını daha çox daxili auditoriyaya hesablanmış mesaj kimi dəyərləndirirlər. Prezident eyni zamanda 11 ay ərzində ABŞ iqtisadiyyatına 18 trilyon dollar investisiya cəlb edildiyini və rüsumların bu prosesdə mühüm rol oynadığını bildirib.
Asya
Milli.Az