Beyləqanda azyaşlı quyuya düşərək öldü

19 Dekabr 2025 15:51

Beyləqanda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Tatalılar kəndində baş verib. Kənd sakini 2023-cü il təvəllüdlü Uğur İmanzadənin evin həyətindəki kanalizasiya quyusuna düşərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Milli.Az