Xalq artisti Röya Ayxan tək övladı Hüseynlə bağlı səmimi duyğularını bölüşüb.
Milli.Az-ın məlumatına görə, müğənni bildirib ki, oğlu onun üçün hər şeydir: "Balama toxunan olsa, bilmirəm nə baş verər.
O, mənim hər şeyimdir, dünyamdır. Bütün qurduğum onun üçündür. Universiteti bitirsə, desə işləyirəm, ildə bir dəfə konsert verə bilərəm, heç bir yerdə görünmərəm, o istəsə".
Röya həmçinin vurğulayıb ki, bütün valideynlər kimi, o da istəyir ki, övladı yaxşı təhsil alsın və cəmiyyətə faydalı olsun: "Qızlar deyəcək ki, əla oğlandır, kişi kimi tərbiyəlidir. O, hüquq oxuyacaq".
Müğənni əlavə edib ki, iş vaxtının gec bitməsi səbəbindən ailə adətən evimizin restoranında bir araya gəlir: "İşdən çıxıb harasa gedərəm, çox gec qayıdıram, ona görə evimizdə toplaşırıq".
Röya Ayxan sözlərini oğluna olan sevgi və qürur hissi ilə yekunlaşdırıb.
Musa
Milli.Az