"Tibb sahəsində korrupsiya hüquqpozmaları 24,2 % azalıb".
Milli.Az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına və gələcək planlarına dair brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Qeyd edib ki, 1 yanvar-30 noyabr tarixləri ərzində 392 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub:
"Bunlardan 26-sı təsdiqini tapıb, 36 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 2024-cü ilin anoloji dövrü üzrə 517 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub, bunlardan 23-ü təsdiqini tapıb, 33 əməkdaş intizam məsuliyyətinə cəlb edilib".
Mina Mikayılova
Milli.Az