“Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb”

19 Dekabr 2025 13:49

"Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb".

Milli.Az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına və gələcək planlarına dair brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Bildirib ki, 2020-ci il ilə müqayisədə 2025-ci ildə həkimlərin orta aylıq əməkhaqqısı 1 850 manata çataraq 371 faiz artıb və ölkə üzrə orta əməkhaqqını əhəmiyyətli dərəcədə üstələyib:

"Orta və kiçik tibb heyəti üzrə də əməkhaqları müvafiq olaraq 96, 78 faiz artaraq sabit və proqnozlaşdırılan gəlir səviyyəsinə yüksəlib".
 
Mina Mikayılova
Milli.Az