"İcbari tibbi sığorta çərçivəsində icra olunmuş tibbi xidmətlərin sayında 17% artım müşahidə olunub".
Milli.Az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına və gələcək planlarına dair brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Qeyd edib ki, 2025-ci ilin 11 ayı ərzində tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində icra olunan tibbi xidmətlərin miqdarı 73 935 191, tibbi xidmətlərin məbləği isə 871 374 631 manat təşkil edib:
"2024-cü ilin qeyd edilən dövrü ilə müqayisədə icra olunmuş tibbi xidmətlərin sayında 17%, məbləğində isə 7% artım müşahidə olunub".
Mina Mikayılova
Milli.Az