Ukraynada daha bir azərbaycanlı həlak oldu

19 Dekabr 2025 14:20

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, Rusiya ordusunun sıralarında döyüşlərdə iştirak edən Xaçmaz rayon sakini Rafiq Aydın oğlu Məmmədov aldığı xəsarətlərdən ölüb.

Bildirilib ki, o, Rusiya Müdafiə Nazirliyinin tərkibində "Axmat Spesnaz"ın tərkibində döyüşüb.

Milli.Az