Tramp övladlarına qoyduğu qadağalardan danışdı

19 Dekabr 2025 14:50

ABŞ Prezidenti Donald Trump övladlarına qoyduğu qadağalardan danışıb.

Milli.Az xəbər verir ki, onun çıxışı Ağ Ev tərəfindən yayımlanıb.

Tramp bildirib: "Mən həmişə övladlarıma deyirdim: narkotik istifadə etməyin, içki içməyin, siqaret çəkməyin" .

O əlavə edib ki, özü siqaret çəkmir və içki içmir, yeganə pis vərdişi isə fast food sevgi və həvəsidir.

Milli.Az