Guba Golf Club ləğv olundu

19 Dekabr 2025 12:25

"Guba Golf Club" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.

Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər.

Qeyd edək ki, "Guba Golf Club" MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abdullayev Elnur Nazim oğludur.

Milli.Az