Yemək üçün bir-birilərini əzdilər - VİDEO

19 Dekabr 2025 13:00

Hindistanın Qucarat əyalətində bir Hindu məbədində ibadətdən sonra paylanan 3 ton nəzir yeməyi talan edilib.

Milli.Az xəbər verir ki, məbədin ətrafında kifayət qədər təhlükəsizlik olmadığı üçün izdiham nəzarətdən çıxıb.

İbadət edənlərə prasad (nəzir yeməyi) paylanarkən insanlar yeməyi əldə etmək üçün bir-birilərini əzdikləri görüntülər sosial mediada gündəm olub.

Müdaxilələrə baxmayaraq, qısa müddətdə bütün 3 ton yemək yeyilib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az