Dekabrda 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb.
Milli.Az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
Milli.Az