Əfqanıstanda güclü zəlzələ oldu

19 Dekabr 2025 11:23

Əfqanıstanın Bağlan əyalətində 5,6 bal gücündə zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Nəhrin şəhərindən 62 kilometr şimal-qərbdə olub. Yeraltı ocağı isə 35 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.

Milli.Az