Klip çəkilişi zamanı məşhur müğənnini at vurdu - VİDEO

19 Dekabr 2025 12:14

Məşhur türkiyəli müğənni Onur Akın klip çəkilişi zamanı bədbəxt hadisə ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, insident sənətçinin "Sen gidersen" adlı mahnısının klipi üzərində iş aparılarkən baş verib.

Çəkiliş zamanı atın ani hərəkəti nəticəsində Onur Akın zərbə alaraq yerə yıxılıb. 

Bildirilir ki, 58 yaşlı müğənninin səhhəti qənaətbəxşdir. O, yüngül xəsarətlər alıb.

Milli.Az