“LG” və “Samsung” televizorları bizi izləyir? - Məhkəməyə verildi

19 Dekabr 2025 10:58

ABŞ-nin Texas ştatının baş prokuroru Ken Paxton beş iri "ağıllı" televizor istehsalçısına qarşı məhkəmə iddiası qaldırıb.

Milli.Az xəbər verir ki, iddiada "Sony", "Samsung", "LG", eləcə də Çin şirkətləri "Hisense" və "TCL" istifadəçi məlumatlarını qanunsuz toplamaqda ittiham olunur.

Prokurorluğun iddiasına görə, televizorlarda avtomatik məzmun tanıma (ACR) texnologiyası vasitəsilə ekranda göstərilən audio və video real vaxtda izlənilir. Bu məlumatların hədəflənmiş reklam üçün istifadə edildiyi və istifadəçilərin bu barədə kifayət qədər məlumatlandırılmadığı bildirilir.

Paxton bəzi modelləri "milyonlarla evdə quraşdırılmış kütləvi nəzarət sistemi" adlandırıb. Şirkətlərin bir qismi məsələ ilə bağlı şərh verməyib, digərləri isə sorğulara cavablandırmayıb.

Fidan
Milli.Az