Mərakeş super qolla Ərəb Millətlər Kubokunun qalibi oldu - VİDEO

19 Dekabr 2025 09:51

Mərakeş milli komandası Ərəb Millətlər Kubokunun qalibi adını qazanıb.

Milli.Az-ın məlumatına görə, Qətərin Lusial şəhərində keçirilən final qarşılaşmasında Mərakeş yığması İordaniya seçməsi ilə üz-üzə gəlib.

Gərgin keçən oyunun əsas vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Matçın əlavə vaxtında, 100-cü dəqiqədə Mərakeş futbolçuları həlledici qolu vuraraq üstünlüyü ələ alıblar.

Bununla da Mərakeş yığması tarixində ikinci dəfə Ərəb Millətlər Kubokunun qalibi olub.

Tural
Milli.Az