Lirə və avro ucuzlaşdı, rubl isə bahalaşdı

19 Dekabr 2025 09:10

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Milli.Az xəbər verir ki, dekabrın 19-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

Türkiyə lirəsi 0,0397 manatadək, avro 1,9921 manata kimi ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2,1280 manata kimi bahalaşıb.

Milli.Az