Məşhur "Yaprak Dökümü" serialında "Leyla" rolunu canlandırmış olan Gökçe Bahadır ekran işinin final səhnələrinin çəkimindən danışıb.
Milli.Az xəbər verir ki, aktrisa serialdakı məşhur ağac barədə xatirələrini yada salıb.
"Həmin ağac üçün o qədər yol getdik ki, 2 saat yarım. Çəkiliş heyəti dedi ki, belə ağac heç yerdə yoxdur, təkcə Tekirdağdadır. Biz - aktyorlar çəkiliş üçün ağac olan yerə getdik. Ancaq gedib gördükdən sonra heyrətləndik. Ətrafında heç bir şey yox idi. Tək və nəhəng ağac o idi. Bizdən sonra ağacın hekayəsi oldu. Adı "Yaprak Dökümü ağacı" oldu".
Musa
Milli.Az