Aktrisa Pərvin Abıyeva gənc qızlar arasında kosmetoloji prosedurlara həddindən artıq maraq göstərilməsi ilə bağlı maraqlı açıqlama verib.
Milli.Az xəbər verir ki, o, bu tendensiyanın son illər daha qabarıq şəkildə hiss olunduğunu bildirib.
Aktrisanın sözlərinə görə, bəzi gənclər çox erkən yaşlarda üz cizgilərinə lazımsız müdaxilələr etdirirlər. Pərvin Abıyeva qeyd edib ki, yaşı az olan şəxslərdə diş, dodaq, qaş və üz dolğularının həddindən artıq olması diqqət çəkir və bu, təbii görünüşü pozur.
O, açıqlamasında bildirib ki, 19 yaşında olduğunu deyən bəzi qızların üzündə bir çox kosmetoloji prosedurların izləri aydın görünür. Aktrisanın fikrincə, bu cür müdaxilələr gənc yaşda edildikdə estetik baxımdan arzuolunmaz nəticələr yarada bilər.
Pərvin Abıyeva öz təcrübəsindən də danışaraq vurğulayıb ki, o da gənclik illərində müəyyən kosmetik müdaxilələr etdirib. Lakin bunu yalnız üzündəki çatışmazlıqları aradan qaldırmaq məqsədilə və ölçülü şəkildə etdiyini bildirib. Aktrisa qeyd edib ki, əsas məqsəd simanı tam dəyişmək yox, mövcud qüsurları düzgün formada düzəltmək olmalıdır.
Aktrisanın bu fikirləri sosial şəbəkələrdə də maraqla qarşılanıb və mövzu ətrafında müzakirələrə səbəb olub.
Musa
Milli.Az