“Sabah” “Qarabağ”ı məğlub edərək liderliyə yüksəlib

18 Dekabr 2025 21:48

Bu gün Misli Premyer Liqasında 1-ci turdan təxirə salınmış "Sabah" - "Qarabağ" oyunu keçirilib.

Milli.Az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşmada meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra "Sabah" 34 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Qarabağ" isə 33 xalla ikinci yerdə qərarlaşıb.

Milli.Az