Vəli Vəliyev vəfat etdi

18 Dekabr 2025 21:05

Ağsuda tanınmış həkim vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ağsu Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəstəxanada həkim-otorinolarinqoloq kimi fəaliyyət göstərən Vəli Vəliyev bu gün dünyasını dəyişib.

Qeyd edək ki, V.Vəliyev I Qarabağ müharibəsinin iştirakçısı olub. O həmçinin xəstəxananın Həmkarlar İttifaqının sədri vəzifəsini icra edirdi.

Milli.Az