Dünya güləşinin canlı əfsanəsi, Olimpiya oyunlarının dördqat mükafatçısı, Azərbaycan millisinin sabiq üzvü Mariya Stadnik Şuşa şəhərinə səfər edib.
Milli.Az idman.biz-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə onun Şuşada lentə alınan maraqlı görüntüləri paylaşılıb.
Belə ki, videoda ukraynaəsilli idmançımızın "Yanıq Kərəmi" mahnısının sədaları altında rəqsi maraqla qarşılanıb.
Milli.Az