Baş nazirin təyyarəsi Brüsseldə zədələndi

18 Dekabr 2025 15:04

Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsi Avropa İttifaqı sammitinə gələn zaman Brüssel hava limanında texniki insident nəticəsində zədələnib.

Milli.Az xəbər verir ki, hadisə dekabrın 18-də baş verib.

Fitso sosial şəbəkədə paylaşımında bildirib ki, hava limanında avtomobil təyyarəyə dəyərək onu uçuşa yararsız vəziyyətə salıb və Brüsseldə saxlanılıb. O, baş verənləri Avropa İttifaqı sammitinə gəlişin "uğursuz başlanğıcı" kimi dəyərləndirib.

Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

Milli.Az