“Səni sevirəm, vallah, özü də çox” - efirdə xanımına sevgi ETİRAFI

18 Dekabr 2025 15:40

Aparıcı Zaur Nəbioğlu təqdim etdiyi "Rəngarəng" verilişində həyat yoldaşı ilə bağlı səmimi etirafları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, canlı efirdə danışan aparıcı bildirib ki, yaş artdıqca ailənin və insanı dəyişən doğru sevginin dəyərini daha dərindən anlayır.

Onun sözlərinə görə, sevdiyi insanın yanında olması həyatında böyük rol oynayır:

"Bu yaşımda anlayıram ki, məni dəyişən, ailənin nə olduğunu dərk etdirən insanı sevirəm. O, mənim yanımdadır. Kişi sevəndə fərqli olur. Maddi şeyləri fəda edir, evini, maşınını, zamanını qadınına fəda edir. Özündən çox onu düşünür. Özünə xoş olanlardan çox, ona xoş olanları edir. Məsələn, sevmədiyim bir yeməyi artıq 4-5 ildir yeyirəm, sadəcə o sevdiyi üçün. Bilmirəm niyə, çox təsirləndim və belə danışdım".

Aparıcı daha sonra duyğularına hakim ola bilməyərək həyat yoldaşına efirdən açıq şəkildə sevgi etirafı edib:

"Səni sevirəm, vallah, özü də çox".

Zaur Nəbioğlunun bu səmimi çıxışı studiyada və sosial şəbəkələrdə izləyicilər tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Musa
Milli.Az