Su obyektlərindən xüsusi istifadə qaydaları təsdiqləndi

18 Dekabr 2025 14:01

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiq edilib.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nazirlər Kabineti üç ay müddətində aşağıdakıları müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin formasını və digər məsələləri həll etməlidir.

Milli.Az