Bağırsaq xərçənginə qalib gələn 25 yaşlı qadın üç əsas bağırsaq xərçəngi simptomunu açıqlayıb.
Milli.Az xəbər verir ki, ABŞ-də yaşayan Peyc Zayfertə 24 yaşında bağırsaq xərçəngi diaqnozu qoyulub.
Onun sözlərinə görə ilk simptomlar qanlı nəcis, qarın ağrısı və davamlı yorğunluq olub.
Peyc xatırlayır ki, ağrılar nizamsız və ara-sıra baş verirdi, lakin hər dəfə baş verəndə hiss edirdi ki, nə isə düzgün deyil. İlk vaxtlar o və həkim xərçəngdən şübhələnməyiblər, çünki gənc qadınlarda bu xəstəlik nadir hallarda rast gəlinir.
Adi müalicə kömək etməyəndə, ona kolonoskopiya edilib və xərçəngin bağırsaqdan kənara yayıldığı aşkar olunub. Sonrakı analizlər onun 3-cü mərhələ xərçəngi olduğunu göstərib.
Peyc 12 kurs kimyaterapiya alıb və müalicə uğurlu olub. Hazırda o, 25 yaşındadır və xəstəliyin heç bir əlaməti yoxdur.
İsmayıl
Milli.Az