İbrahimoviçin oğlu İtaliya nəhənginin əsas heyətinə yüksəldi

19 Dekabr 2025 09:30

Əfsanəvi futbolçu Zlatan İbrahimoviçin oğlu Maksimilian "Milan" klubunun əsas komandasına dəvət olunub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb. Bildirilir ki, gənc futbolçu sabah "Milan"ın heyətində "Napoli"yə qarşı keçiriləcək Superkubok oyununda ilk dəfə əsas komandada meydana çıxa bilər.

Xatırladaq ki, Maksimilian indiyədək "Milan"ın gənclər komandasında çıxış edib və göstərdiyi performansla diqqət çəkib.

Qeyd edək ki, dekabrın 18-də baş tutacaq "Milan" - "Napoli" yarımfinal qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Hüseyn
Milli.Az