Qərb bölgəsində ən çox Tovuzda soğan əkib becərilir. Bu il məhsul boldur. Amma təsərrüfat sahibləri alıcı azlığından əziyyət çəkdiklərini deyirlər. Yaydan yığılan məhsulun yalnız 10 faizini sata biliblər.
Bəs niyə rayonlarda soğana tələbat azdır?
Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, soğanın torbasının qiyməti 5 manatdır:
"Bir torbada 32-30 kilo soğan olur. Məhsulun satışı belə davam etsə, soğanın böyük hissəsi xarab olur. Kilosu 20 qəpiyə düşsə də alıcısı yoxdur".
Bakıda isə qiymətlər rayondan 2 dəfə bahadır. Qiymətin belə baha olması daşıma xərcləri ilə əlaqələndirilir.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, qiymətin belə ucuz tələbin təklifi üstələməsi ilə bağlıdır:
"Bu kimi hallarda fermerlər qrup şəklində işləməlidirlər və satışı da eyni şəkildə həyata keçirməlidirlər".
Ekspert qeyd edib ki, belə olan hallarda ziyana düşməmək üçün fermerlər tək bir məhsulu yox, fərqli məhsullar yetişdirməyə də maraqlı olmalıdırlar.
Aysel Əkbər
Milli.Az