Türkiyədə saxlanılan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki sərbəst buraxılıb.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, türkiyəli məşhurlar tibbi ekspertiza proseduru yekunlaşdıqdan sonra sərbəst buraxılıblar.
------------
İstanbulda narkotik vasitələrlə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində 10 məşhur şəxs barəsində saxlanılma qərarı verilib.
Milli.Az xəbər verir ki, indiyədək 4 nəfər saxlanılıb, 6 nəfərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
İstanbul prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat həyata keçirilib.
Qərar əsasında İstanbulda 7 ünvanda eyni vaxtda keçirilən əməliyyat zamanı Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümine Senna Yıldız İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq çərçivəsində barəsində gözaltı qərarı verilən Melisa Döngel, Yusuf Güney və Cihan Şengüzel isə ünvanlarında tapılmayıb. Onların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məlumata görə, xaricdə olduqları müəyyən edilən Şevval Şahin, Şeyma Subaşı və Mert Vidinli barəsində də eyni qərar var.
İsmayıl
Milli.Az