Rusiya və ABŞ rəsmiləri həftəsonu görşə bilər

18 Dekabr 2025 00:37

Rusiya və ABŞ nümayəndələri Ukrayna məsələsi ilə bağlı danışıqları həftəsonu ABŞ-ın Mayami şəhərində keçirə bilərlər.

Milli.Az xəbər verir ki, tərəflər Ukraynadakı müharibə ilə bağlı mövqeləri müzakirə etmək üçün qeyri-rəsmi formatda görüş keçirməyi planlaşdırır.

Qeyd olunur ki, Rusiya nümayəndə heyətinə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, eyni zamanda Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxil olacaq.

ABŞ tərəfini isə Prezident Administrasiyasının xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcək. (APA)

Milli.Az