Televiziya aparıcısı və prodüser Acun Ilıcalının sosial şəbəkədə paylaşdığı video müzakirələrə səbəb olub. Paylaşımda onun qızı Leyla Ilıcalının idarə etdiyi avtomobildə görünən işıq siqnalı sistemi, "səlahiyyətsiz sayrışan işıq istifadəsi" mövzusunu yenidən gündəmə gətirib.
Milli.Az xəbər verir ki, Acun Ilıcalının Instagram hesabında paylaşdığı videoda, qızı Leyla Ilıcalının sükan arxasında olduğu avtomobilin ön şüşəsində icazəsiz çakar qurğusu diqqət çəkib.
Qeyd olunub ki, Avtomobil Yolları Hərəkəti haqqında Qanuna əsasən, səlahiyyətsiz işıq istifadəsinə görə 138 min 172 lirə məbləğində inzibati cərimə tətbiq edilir.
Bundan əlavə, icazəsiz işıq istifadə edildiyi halda sürücünün sürücülük vəsiqəsi 30 gün müddətinə alınır, avtomobil isə 30 günlüyə kənarlaşdırılır.
Sözügedən videoda Acun Ilıcalının üç qızı ilə söhbət etdiyi, 21 yaşlı Leyla Ilıcalının isə avtomobili idarə etdiyi görünür. Rəsmi xidmət avtomobillərinə məxsus olan bu cür işıq siqnallarının, heç bir ictimai vəzifəsi olmayan şəxslər tərəfindən istifadəsi narazılıq yaradıb.
Lalə Qüdrətova
Milli.Az